“Mançester Yunayted”in borcu artdı – 73,6 milyon funt
26.02.2020 - 00:16
İngiltərənin “Mançester Yunayted” klubu maliyyə ilinin ikinci rübünün hesabatını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 2019-cu ilin oktyabr-dekabr aylarını əhatə edən rübdə klub ziyana işləyib.
Mançester təmsilçisinin ümumi borcları 73,6 milyon funt sterlinq artıb. Premyer Liqa klubunun borcu 391,3 milyona çatıb.
Bu artımın səbəbi futbolçulara investisiyaların qoyulmasıdır. Elə bu üzdən də klub rəhbərliyi borcun artmasını məqbul sayır.
Qeyd edək ki, yarımmüdafiəçi Brunu Fernandeş yanvarda transfer olunduğu üçün ona xərclənən vəsait hesabata daxil edilməyib.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0