“Mançester Yunayted”in Keyn arzusu
30.03.2022 - 17:46
“Mançester Yunayted”in Keyn arzusu

“Mançester Yunayted” “Tottenhem”in hücumçusu Harri Keynlə maraqlanır.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” ulduz futbolçunun keçidi qarşılığında hücumçusu Antoni Marsyalı əks düşərgəyə göndərmək istəyir.

Londonlular aparıcı qolçusunu 100 milyon avrodan ucuz qiymətə satmaq fikrində deyil. Ancaq “mankunianlar” çətin ki, bu məbləğə razı olsun. Bu üzdən klub hazırda “Sevilya”da icarə əsasında çıxış edən Marsyalı sözləşməyə daxil edilməklə qiyməti aşağı salacağına ümid edir.

“Tottenham”in Marsyalla maraqlanması “Mançester Yunayted” rəhbərliyini daha da ümidləndirir. Ancaq fransalı özü İtaliya və ya İspaniyada oynamaq arzusundadır.

Qeyd edək ki, Harri Keynin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.