“Mançester Yunayted”in transfer siyahısına düşdü
11.03.2022 - 23:33
“Lion”un futbolçusu Mussa Dembele Fransa klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu “Mançester Yunayted”in transfer siyahısına düşüb.
İngiltərə klubu onu bu ilin yayında almaq niyyətindədir. Dembelenin lionlularla anlaşması 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, forvardın transfer qiyməti 17 milyon avro ilə dəyərləndirilir.
0
0