“Maquayr kapitanlıq sarğısını Ronaldoya verməlidir”
19.03.2022 - 16:22
“Maquayr kapitanlıq sarğısını Ronaldoya verməlidir”

İngiltərə millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Mayka Riçards əzəli rəqib “Mançester Yunayted”də yaranmış vəziyyəti dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı keçmiş müdafiəçi Harri Maquayrın kapitanlıq sarğısını uğurla daşımadığını bildirib.

O, son zamanlar çox səhvlərə yol verən müdafiəçiyə sarğını Kriştiano Ronaldoya təhvil verməyi məsləhət görüb: “Maquayra kapitanlıqda kömək lazımdır. Tənqid axınına qoşulduğum kimi çıxa bilər, amma qətiyyən belə deyil. Sadəcə, sarğını müvəqqəti Kriştiano Ronaldoya verməyi təklif edirəm. Bu, Harrinin oyununa və xarakterinə mənfi təsir etməz”.

Qeyd edək ki, Mayka Riçards 2005-2015-ci illərdə “Mançester Siti”də 179 oyun keçirib, 6 dəfə fərqlənib.

0