“Marsel” Bakı səfərinin proqramını açıqladı – 2 gün əvvəl, 1 gün sonra
22.02.2022 - 16:26
“Marsel” Bakı səfərinin proqramını açıqladı – 2 gün əvvəl, 1 gün sonra

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel”in səfər proqramı açıqlanıb.

Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, Liqa1 təmsilçisi bu gün ölkəmizə gələcək.

Fransızları gətirəcək təyyarə Bakı vaxtı ilə saat 20:50-də Marseldən səmaya qalxacaq. Klub uzaq yol olduğunu nəzərə alaraq, “Boeing 737” VIP təyyarəsini icarəyə götürüb. Futbolçuların rahatlığı üçün oturacaqların sayı 56-ya endirilib. Gecə saatlarında paytaxtımızda olacaq futbolçular sabah oyunöncəsi son məşqinə çıxacaq.

Komanda oyundan dərhal sonra yox, ertəsi gün – fevralın 25-də səhər saatlarında vətənə qayıdacaq. Məhz “Qarabağ”la oyun səbəbindən Liqa1-in XXVI turunda fevralın 27-də “Trua” ilə keçiriləcək görüşün vaxtı axşam saatına çəkilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də başlayacaq. Marseldəki ilk qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.