“Matça motivasiyanı klub rəhbərliyi vermişdi” - İlkin Qırtımov
24.05.2021 - 23:55
“Matça motivasiyanı klub rəhbərliyi vermişdi” - İlkin Qırtımov

“Oyundan əvvəl də bilirdik ki, ağır olacaq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin futbolçusu İlkin Qırtımov deyib.

Təcrübəli müdafiəçi Azərbaycan kubokunun “Sumqayıt”la final oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında qazanılan qələbə və mükafat barədə danışıb: “Həddindən artıq ağır oyun oldu. Kubokla çempionat fərqli ab-havadır. Şükürlər ki, kubok bizim oldu. Erkən qol buraxsaq da, komanda sınmadı. Oyuna qayıda bildik. Matça motivasiyanı klub rəhbərliyi vermişdi. Öncə sözlə idi. Bonus ikinci məsələdir. Əsas özümüzün kubok qazanmasıdır. Avrokuboklarda da inşallah yaxşı olar”.
 

0