"Messi tarixin ən yaxşılarından biridir" - Serxio Ramos
29.02.2020 - 00:00
"Messi tarixin ən yaxşılarından biridir" - Serxio Ramos

"Real"ın kapitanı Serxio Ramos "Barselona"nın lideri Lionel Messi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi Kataloniya klubunun kapitanını futbol tarixinin ən yaxşılarından biri sayıb.

Ramos eyni zamanda həftəsonu "Barselona"ya qarşı "El Klasiko"da necə oynamaq lazım olduğunu bildiklərini vurğulayıb: "Mənə görə Messi tarixin ən yaxşılarından biridir. Ona böyük hörmətim var. Ümid edirəm bazar günü onun günü olmaz. Kefimizi pozmadığı müddətdə peşəkar karyerasında ona uğurlar arzulayıram. Ümumiyyətlə, "Barselona" ilə dəfələrlə qarşılaşmışıq. Ona görə də onları necə narahat edəcəyimizi yaxşı bilirik".

Qeyd edək ki, La Liqanın XXVI turu çərçivəsində "Real" - "Barselona" oyunu martın 1-də keçiriləcək.