“Milan” Premyer Liqadan müdafiəçi gətirir
12.01.2022 - 22:02
“Mançester Yunayted”in futbolçusu Erik Bayi karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Milan”a keçməyə razılıq verib.
O, yeni klubuna icarə əsasında keçəcək. Artıq İngiltərə Premyer Liqası təmsilçisi ilə milanlılar arasında danışıqlar yekunlaşmaq üzrədir. 27 yaşlı futbolçunun mövsümün sonunadək icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Erik cari mövsümdə 7 matçda iştirak edib. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0