“Milan” kapitanını dəyişdi – yeni müqavilə ilə
30.07.2021 - 16:00
“Milan” kapitanını dəyişdi – yeni müqavilə ilə

“Milan” klubu kapitanını dəyişib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” sarğını müdafiəçi Simon Kyaerə vermək qərarına gəlib.

A seriyası təmsilçisi Danimarka millisinin kapitanının gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il artırmağa hazırlaşır. Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb və 32 yaşlı oyunçu yeni mövsümdən komandaya liderlik edəcək.

Qeyd edək ki, “Milan”ın ötən mövsümdəki kapitanı digər mərkəz müdafiəçisi Alessio Romanyoli olub.