“Milan” müdafiəçi transfer edəcək – 15 milyona
28.04.2020 - 00:33
“Milan” müdafiəçi transfer edəcək – 15 milyona

İtaliyanın “Milan” klubunun transfer siyahısında yer alan müdafiəçilərdən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransa “Strasburq”unun futbolçusu Məhəmməd Simakanı almağa qərar verib.

“Rossonyeri” hələ qışda fransalı müdafiəçini almağa cəhd etmişdi. Həmin vaxt 20 milyon avro ödəməyə hazır olan milanlıların istəyi baş tutmamış, danışıqlar müsbət nəticələnməmişdi.

Yenidən danışıqları bərpa etməyi düşünən italiyalılar futbolçunu bu dəfə daha ucuz qiymətə almağı planlaşdırır. “Milan” müdafiəçi üçün 15 milyon avro təklif edəcək.

“Strasburq” isə Simakana görə daha yüksək məbləğ almağa iddialıdır. Fransalılar “Tottenhem”, Dortmund “Borussiya”sı, “Leypsiq” və “Everton”un da futbolçuya maraq göstərməyindən yararlanıb onu daha baha sata bilər.
 

0