İtaliyanın “Milan” klubunun futbolçusu Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı qapıçı Premyer Liqanın üç klubunun maraq dairəsinə düşüb.
“Mançester Yunayted”, “Mançester Siti” və “Everton” heyətini istedadlı qapıçı ilə gücləndirmək istəyindədir. Bir müddət əvvəl İtaliya “Yuventus”u və Fransa PSJ-sinin də maraq dairəsinə düşən Donnarumma çoxsaylı təkliflər arasında seçim etməli olacaq.
Qeyd edək ki, “Milan”ın yetirməsi olan qolkiperin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq. Donnarummanın gedişi onun klubdakı əvəzedicilərinin əsas heyətə düşməsinə səbəb ola bilər. Milan təmsilçisinin ehtiyat qapıçılarından biri isə mövsümün gedişində “Qarabağ”ın şərəfini qoruyan Asmir Beqoviçdir.