"Milan"da ayrılıq - biri də yol üstədir
03.03.2020 - 00:18
"Milan"ın rəhbər postunda dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, futbol şöbəsinin müdiri Zvonimir Bobanla yollar ayrılıb.
Xorvatiyalı mütəxəssis istefasını klub prezidentinə təqdim edib və postunu tərk edib. Həmçinin texniki direktor Paolo Maldininin də gələcəyi sual altındadır. "Milan" əfsanəsinin klubda qalmaq ehtimalı yüksək qiymətləndirilmir.
Qeyd edək ki, qapıçı Canluici Donnarumma və hücumçu Zlatan İbrahimoviç açıqlamalarında Bobanla Maldininin gedişi təqdirində komandadan ayrılacaqlarını istisna etməyiblər.
0
0