“Milan”da itki – 2 oyunu buraxacaq
31.12.2020 - 12:59
İtaliyanın “Milan” klubu itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Aleksis Salemarkersin xidmətindən məhrum olub.
Yarımmüdafiəçi XIV turun “Latsio” ilə oyununda zədələnib. Belçikalı futbolçu 7-10 gün meydandan kənar qalacaq. O, “Benevento” və “Yuventus”la matçları buraxacaq.
0
0