“Milan”dan 25 milyonluq transfer
09.04.2022 - 22:23
“Milan”ın yay transfer hədəfi bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi Marko Asensionu heyətinə qatmaq niyyətindədir.
26 yaşlı futbolçunun “Real”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Onunla anlaşmanın uzadılması gözlənilmir.
Bu üzdən Madrid təmsilçisinin oyunçunu bu yay satması real sayılır. Transferin 25 milyon avroya başa gələcəyi ehtimal olunur.
0
0