“Milan”ın yay transferlərinə ayıracağı vəsaitin məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 100 milyon avro xərcləməyi planlaşdırır.
Klub rəhbərliyi bu vəsaitə oyunçular alacaq. Milanlıların ilk transferi “Lill”in müdafiəçisi Sven Botman olacaq. Ona görə 25-30 milyon avro ödəniləcək.
“Lill”in yarımmüdafiəçisi Renatu Sançeş də “Milan”ın hədəfindədir. Bu oyunçu üçün də təxminən eyni məbləğin ödəniləcəyi gözlənilir. Lakin italiyalılar bu qiyməti aşağı salmaq üçün danışıqlar aparır.
A seriyası təmsilçisi hücum xəttini də gücləndirmək fikrindədir. “Sassuolo”nun forvardı Canluka Skamakka ilə bağlı danışıqlar gələn həftə baş tutmalıdır. Onun üçün 40 milyon tələb olunur.
Qeyd edək ki, bu üç transfer azad agent kimi müqavilə imzalanacağı gözlənilən Divok Oriqinin keçidinə təsir etməyəcək.