“Milan”dan getmir – Musakkio
28.12.2020 - 17:11
“Milan”dan getmir – Musakkio

İtaliyanın “Milan” klubunun futbolçusu Mateo Musakkio komandada qalmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin yayında müqaviləsi başa çatacaq müdafiəçi anlaşmanın sonunadək Milan təmsilçisində oynamaq niyyətindədir.

“Rossonyeri” yanvarda Mateo ilə vidalaşmaq istəsə də, Musakkio klubda qalmağa üstünlük verib. O, mövsümün sonunda azad agent kimi klubunu dəyişməyi daha məqsədəuyğun sayır.

Qeyd edək ki, Musakkio İspaniya təmsilçisi “Valensiya”nın maraq dairəsindədir.
 

0