“Milan”dan yeni müqavilə təklifi
05.10.2021 - 16:48
“Milan”dan yeni müqavilə təklifi

İtaliyanın “Milan” klubu baş məşqçisi Stefano Piolini postunda saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mütəxəssisə yeni müqavilə təklif edib.

Piolinin indiki anlaşması mövsümün sonunda başa çatacaq. Milanlılar komandanın nəticələrindən razı qaldığı üçün çalışdırıcını saxlamaqda maraqlıdır.

Qeyd edək ki, A seriyasında 19 xal toplayan “rossonyeri” 2-ci pillədə qərarlaşıb.