“Milan”ı satmadılar, “Roma”nı aldı
04.03.2020 - 17:47
Amerikalı biznesmen Den Fridkin A seriyası klubunun səhmlərini alıb.
Apasport.az saytının məlumatına görə, “Milan”la anlaşa bilməyən milyarder “Roma”ya sahib olub.
Onun 1,2 milyard avroluq təklifi “rossonyerlər” tərəfindən rədd edilib. Əvəzində “Fridkin” Şirkətlər Qrupu “Roma” rəhbərliyinə 780 milyon avro təklif edib və ilkin razılıq əldə olunub. Paytaxt klubunun yeni sahibinə satışının yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, “Forbes” nəşrinin məlumatına görə, Den Fridkinin sərvəti 4 milyard avrodur.
0
0