“Milan”ın baş məşqçisi ən yaxşı seçildi
04.11.2021 - 21:00
“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A seriyasında ayın məşqçisi seçilib.
Apasport.az saytının məlumatına görə, mütəxəssis oktyabrda bütün həmkarlarını arxada qoyub.
Buna “rossonyeri”nin ötən ay keçirilən matçlardakı uğurlu çıxışı səbəb olub. Milanlılar çempionatdakı 5 qarşılaşmanın hamısında qalib gəlib.
Piolinin yetirmələri “Atalanta” və “Verona”nı 3:2, “Bolonya”nı 4:2, “Torino”nu 1:0, “Roma”nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 31-ə çatdıran komanda turnir cədvəlində ikincidir.
0
0