“Milan”ın müdafiəçisi əməliyyat olundu
06.04.2022 - 17:14
“Milan”ın müdafiəçisi Alessandro Florenzi əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sağ cinah müdafiəçisi bu gün sol dizindən əməliyyat keçirib. Tezliklə reabilitasiya prosesinə başlayacaq 31 yaşlı oyunçunun yaşıl meydanlara qayıtma tarixi bərpa dönəmindən asılı olacaq.
Qeyd edək ki, Alessandro Florenzi A seriyasının XXXI turunda “Bolonya” (0:0) ilə aprelin 4-də keçirilən oyunun yalnız son 15 dəqiqəsində meydanda olsa da, zədələnib.
0
0