“Bu qrupun aşkar favoriti və ən yaxşı komandası Portuqaliyadır”.
Bunu apasport.az saytına açıqlamasında “Sabah” klubunun serbiyalı müdafiəçisi Nikola Vuyadinoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin düşdüyü qrupu dəyərləndirərkən deyib.
34 yaşlı oyunçu yığmamızla eyni qrupa düşən həmyerlilərinin şanslarına da toxunub. O, Serbiyanın ideal formada olmadığını söyləyib: “Serbiya millisi hazırda yaxşı vəziyyətdə deyil. Avropa çempionatına vəsiqə qazana bilmədik, hazırda baş məşqçimiz yoxdur. Amma yenə də yığmamızda çox istedadlı və güclü oyunçular var. Serbiyanın, nəhayət ki, ən vacib turnirlərdən biri olan dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağına inanıram”.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Yığmamızın ilk oyunu 2021-ci il martın 24-də səfərdə Portuqaliyaya qarşı olacaq. Serbiya ilə görüşlər isə 30 mart və 12 oktyabr tarixlərinə təsadüf edəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”