“Monako” iki yarımmüdafiəçi aldı
30.01.2020 - 15:31
“Monako” iki yarımmüdafiəçi aldı

Fransa Liqa1-də çıxış edən “Monako” heyətinə iki yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, “Knyazlıq klubu” iki yarımmüdafiəçi transfer edib.

20 yaşlı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni “Bordo”dan alınıb. 17,5 milyon avroya transfer olunan futbolçu ilə 2024-cü ilədək müqavilə imzalanıb.

21 yaşlı mərkəz yarımmüdafiəçisi Yussuf Fofana da həmin müddətədək “Monako”da çıxış edəcək. O, “Strasburq”dan transfer olunub.