"Mövsüm ləğv edilməlidir" - ulduz futbolçu narazıdır
15.03.2020 - 00:23
"Mövsüm ləğv edilməlidir" - ulduz futbolçu narazıdır

"Trabzonspor"un yarımmüdafiəçisi Con Obi Mikel Türkiyə Super Liqasında mübarizənin dayandırılmasını istəyir.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı ulduz futbolçu koronavirus epidemiyasının bütün dünyada yayıldığı bir vaxtda futbol oynamaq istəmədiklərini söyləyib.

Nigeriya millisinin sabiq üzvü mövsümün ləğvini tələb edib: "Həyatda futboldan daha dəyərli şeylər var. Özümü rahat hiss etmirəm və belə vəziyyətdə futbol oynamaq istəmirəm. Bu kritik vaxtda hamı ailəsi və sevdikləri ilə evdə birlikdə olmalıdır. Dünya bu cür problemlə üz-üzə qaldığı üçün mövsüm ləğv edilməlidir".

Qeyd edək ki, Türkiyə Super Liqasında oyunlar azarkeşsiz keçirilir.