“Oyuna yaxşı başladıq. "Sabah" çox yaxşı rəqib idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin futbolçusu Ali Sesay deyib.
Paytaxt təmsilçisində debütü gerçəkləşən legioner Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la qarşılaşması (2:0) barədə fikirlərini açıqlayıb: “Buna baxmayaraq, 3 xal qazana bildik. Debüt oyunum idi, komanda yoldaşlarımın çox köməyi oldu. Güclü komandada olduğumdan meydanda mənə hər şey rahat idi. Əslində asan oyun deyildi. Sadəcə, komanda şəklində yaxşı idik. Məqdəsimiz mövsümün sonunda Avropa Liqasında vəsiqə qazanmaqdır. Hələ gəncəm, müntəzəm futbol oynamaq istəyirəm. "Zirə" bu baxımdan mənim üçün şansdır. Buna görə də, təklifi müsbət cavablandırdım”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı