"Barselona"nın bir neçə gün əvvəl "Şalke"yə icarəyə verdiyi Jan-Kler Todibo maraqlı açıqlama verib.
Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi Kataloniya klubunun məşqləri zamanı kapitan Lionel Messiyə qarşı sərt oynamadıqlarını bildirib.
Todibo hər kəsin onu zədələməməyə xüsusi önəm verdiyini vurğulayıb: "Hamı başa düşür ki, Messi zədələnməməlidir. Məşqdə hamı ona qarşı çox diqqətlə müdafiə olunur. Şəxsən mən Lioneldən çox şey öyrəndim. Ona qarşı dəfələrlə sürüşmə fəndindən istifadə etmişəm. Ancaq Leoya zərər vurmamaq üçün diqqətli davranırdım".
Qeyd edək ki, "Şalke" 6 aylıq icarəyə götürdüyü Todibonu yayda 25 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı