“Gərgin oyun oldu. Bunu öncədən gözləyirdik. Komandanı buna uyğun hazırlamışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov deyib.
O, Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt”la 1:1 hesabı ilə bitən oyuna münasibət bildirib. Onun sözlərinə görə, bir səhv oyunun taleyini dəyişib: “Fasilədən sonra etdiyimiz dəyişikliklər və futbolçuların göstərdiyi fədakarlığın nəticəsində qol vurduq, məğlubiyyətdən xilas olduq. Ancaq “Neftçi” hər oyuna qələbə üçün çıxır. Bu matçı analiz edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
- Rəqib müdafiəni çox asan yarırdı...
- “Sumqayıt” sürətli komandadır. Azlıqda qalandan sonra oynamaq ikiqat yükdür. Müdafiəyə çox güc düşürdü. Arxa xəttimiz də fədakarlıq edirdi. Bunun nəticəsində epizodlar qol olmurdu. Orta xətt gecikdiyinə görə müdafiəyə güc düşürdü.
- Hücum və yarımmüdafiə ilə müqayisədə müdafiənin keyfiyyət cəhətdən geri qaldığını demək olarmı?
- Elə düşünmürəm. Bütün oyunlarda güc daha çox orta xəttin üzərinə düşür. Biz onlara tapşırıqlar veririk ki, nə zaman necə oynamaq lazımdır. Ancaq onlardan çox şey istəyə bilmərik. Tapşırıqları yerinə yetirmələri üçün bir qədər vaxt lazımdır.
- Oyundan sonra Dabonu çağırdız ki, azarkeşlərə tərəf gedəsiz. Ancaq o, paltardəyişmə otağına yollandı...
- Dabonun belə hərəkəti oldu. Ancaq bu, normaldır. Futbolçular matçdan sonra bir az aqressiv olur. Üstəlik, qalib gələ bilməmişdik. Ancaq o, meydana çıxdıqdan sonra hücumda kəsərlilik atdı. Dabo çox istəkli idi və bu, məni sevindirdi. Qalib gəlməyəndə aqressiya olur. Futbolçuları anlamalı və onları başa salmalıyıq. Azarkeşlərə təşəkkür edirəm ki, bizi 90 dəqiqə dəstəklədilər. Onlara tərəf getmək istəyirdik, bundan sonra da gedəcəyik. Ancaq məyus şəkildə tribunadan çıxdıqlarını görəndə fikrimizdən daşındıq.
- Faktiki iki mərkəz müdafiəçiniz var. “Qarabağ”la qarşıdakı oyun ərəfəsində qayğınız artmadı ki?
- Xeyr. Stankoviç önəmli futbolçudur. Ancaq Mbodj oynaya bilər. Ondan başqa gənc futbolçumuz da var, ehtiyac olarsa, onu da meydana buraxa bilərik.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı