"Ramil Şeydayevin "Dinamo"dan ayrıldıqdan sonra Azərbaycana üz tutduğunu bilirəm. Rusiya, yoxsa Azərbaycan çempionatının güclü olmasının elə də önəmi yoxdur. Ən əsası futbolçunun daima oynamasıdır".
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.
O, artıq “Sabah”ın heyətində Premyer Liqada debüt edən Ramil Şeydayevin karyerasını ölkəmizdə davam etdirməsini normal qarşılayıb. Ponomaryovun sözlərinə görə, onun qollarını vuracağı təqdirdə yenidən xarici klubların diqqət mərkəzinə düşmək etimalı böyükdür: " Şeydayev "Sabah"da qollarını vurmağa başlasa, istənilən liqadan ona təkliflər olacaq. O gəncdir, karyerası hələ qarşıdadır. Sadəcə futbolçu həyatı da çox tez keçir. Ona görə də, Ramil arzusunu gerçəkləşdirməyə gecikməməlidir".
Veteran futbolçu AFFA-nın milliləşdirmək istədiyi Sezar Meza Kolli haqda fikir bildirməsə də, federasiyanın addımı da müsbət qarşılayıb: "Əgər o, Azərbaycan millisinə xeyir verəcəksə, nəyə görə də milliləşdirməsinlər? Baş məşqçinin də seçim şansı geniş olar".
Sonda isə Ponomaryov yığmamızın baş məşqçi postuna əsas namizədlər Abdullah Avcı və Covanni De Byazini tanımadığını deyib: "Nə türkiyəli, nə də italiyalı məşqçini tanıyıram. Ona görə də onlar haqda bir söz deyə bilməyəcəm. Amma istənilən halda, yığma komandamıza uğurlar arzulayıram".
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”