“Napoli” Ospina ilə müqaviləni uzadacaq
03.05.2022 - 22:46
“Napoli” qapıçısı David Ospina ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, “Latsio”ya keçmək variantı yaranan kolumbiyalı qolkiper Neapol klubunda qalmağa razılıq verib.
A seriyası təmsilçisi digər qapıçısı Aleks Mereti satsa, Ospina komandasını dəyişməyəcək. 33 yaşlı cənubi amerikalı 2019-cu ilin yayında “Arsenal”dan keçdiyi “Napoli”də əsas heyət üzvünə çevrilib.
Qeyd edək ki, kolumbiyalı qapıçı cari mövsüm A seriyasında 29 oyun keçirib.
0
0