“Napoli” hücumçusunun qiymətini artırdı
05.04.2022 - 22:34
“Napoli” hücumçusu Viktor Osimhen üçün tələb etdiyi transfer məbləğini artırıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu forvard üçün 120 milyon avro istəyir.
Buna səbəb Osimhenə olan maraqdır. “Arsenal” və “Mançester Yunayted”in transfer etmək niyyətində olduğu hücumçu üçün öncədən 100 milyon tələb edən “Napoli” bu rəqəmi 120 milyona çatdırıb.
Neapol klubu 23 yaşlı nigeriyalını 2020-ci ilin yayında “Lill”dən alıb. Müqaviləsi 2025-ci ilin yayında başa çatacaq afrikalı üçün 40 milyon ödənilib.
Qeyd edək ki, Viktor cari mövsümün 25 matçında 15 qol və 4 assistə imza atıb.
0
0