“Napoli”də daha bir itki – Avropa Liqasında turu buraxacaq
23.11.2021 - 22:57
“Napoli”də daha bir itki – Avropa Liqasında turu buraxacaq

İtaliya “Napoli”si daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Lorenso İnsinye zədə səbəbindən sıradan çıxıb.

Sağ dizində problemləri olan futbolçu Avropa Liqasının sabahkı matçını buraxacaq. Komanda ilə məşq etməyən İnsinye “Spartak”a qarşı oynaya bilməyəcək.

O, komandasının yeganə itkisi deyil. Müxtəlif səbəblərdən Viktor Osimhen, Adam Unas, Matteo Politano və Alessandro Zanoli də görüşü buraxmalı olacaq.