"Napoli"nin futbolçusuna elçi düşdü - "Real"
03.04.2020 - 15:03
"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruiz vətəni İspaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, "Real" 24 yaşlı orta sahə oyunçusuna elçi düşüb.
Futbolçunun meneceri Alvaro Torres də məlumatı təsdiqləyib: "Bir çox klub Ruizlə maraqlanır. Çünki mövsümü yüksək səviyyədə keçirir. "Real"ın onu istəməsi xəbəri doğrudur. Bunu "Napoli" rəhbərliyinə bildirmişik. Amma Ruiz əsas diqqətini komandasının oyunlarına yönəldib. O özü də mövsümün sonunda yeni eraya başlamağın əleyhinə deyil".
Qeyd edək ki, Fabian Ruizin "Napoli" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
0
0