“Necə olacağını zaman göstərəcək” - Rüfət Dadaşov
11.02.2020 - 15:54
“Necə olacağını zaman göstərəcək” - Rüfət Dadaşov

"Artıq məşqlərə başlamışam. "Finiks Rizinq"də özümü çox yaxşı hiss edirəm. Hər şey superdir".

Bunu apasport.az saytına Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov deyib.

Almaniyanın "Proyssen" klubundan ayrılaraq ABŞ-ın birinci liqa təmsilçisi "Finiks Rizinq"ə keçən forvard yeni komandasında məşqlərə başlayıb. Yığmamızın hücumçusu kollektivin onu yaxşı qarşıladığını deyib: "Hər şey tam qaydasındadır. Kollektivi çox bəyəndim. Komanda yoldaşlarım mənə çox yaxşı davrandı, əla qarşıladılar. Bütün heyət mənimlə yaxşı münasibət qurur".

Son oyunlarda millinin heyətində az-az oynayan hücumçu ABŞ klubunun əsas heyətində çıxış etmək istəyir: "Əsas heyətdə oynayacam, ya yox? Bunu bilmirəm. Çünki mən cəmi 6-7 gündür ki, buradayam. Necə olacağını zaman göstərəcək. Təbii ki, daima oynamaq istəyirəm".