Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan Bakının “Neftçi” klubu bu gün sonuncu yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Antalyadakı 3-cü sınağında Ukraynanın “Desna” klubu ilə qarşılaşıb.
Buna qədər keçirdiyi hər iki matçda uduzan bakılılar toplanışı müsbət nəticə ilə yekunlaşdıra bilməyib. Polşanın LKS klubuna 0:4, Kiyev “Dinamo”suna 1:2 hesabı ilə məğlub olan “Neftçi” ukraynalılarla da bacarmayıb. Rəqib artıq ilk hissədə 2:0 hesabı ilə önə keçib. 66-cı dəqiqədə Stiven Jozef-Monroz 66-cı dəqiqədə fərqi minimuma endirib. "Ağ-qaralar"ın bundan artığına gücü çatmayıb və Füzuli Məmmədovun kollektivi növbəti dəfə meydanı məğlub tərk ediblər.
Qeyd edək ki, bu qarşılaşma ilə toplanışı başa vuran “Neftçi” sabah vətənə qayıdacaq.
Yoxlama oyunu
24 yanvar
18:00. “Neftçi” – “Desna” (Ukrayna) - 1:2
Stiven Jozef-Monroz, 66
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı