Yay fasiləsində heyətində kifayət qədər dəyişikliyə gedən “Neftçi” qapı xəttini də gücləndirmək niyyətindədir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun bu mövqe üçün ilk namizədi yerlidir.
Aqil Məmmədovun performansından o qədər də məmnun qalmayan “ağ-qaralar” əzəli rəqib “Qarabağ”ın qolkiperi Emil Balayevə “elçi düşüb”. “Neftçi” rəhbərliyi milli komandamızın üzvünü qış fasiləsində 6 aylıq icarəyə götürmək niyyətindədir. Ağdam klubunda Şahruddin Məhəmmədəliyevlə rəqabətdə uduzan “Neftçi”nin yetirməsi özü də durumundan razı deyil. O, həmçinin yenidən ölkə xaricinə yollanmağın da əleyhinə deyil.
Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Emilin yerli olduğunu nəzərə alaraq, mövsümün sonuna qədər ayrılmasına isti yanaşmır. 27 yaşlı qolkiperin sözləşmə müddəti gələn ilin yayına qədərdir. “Neftçi” Balayev üçün qarşı tərəfə müraciət edəcək. Əgər tərəflər anlaşa bilməsə, o zaman paytaxt təmsilçisi əcnəbi qapıçı almağı gündəmə gətirəcək.
Qeyd edək ki, Emil Balayev ilk klubu olan “Neftçi”dən 2014-cü ildə Almaniya təmsilçisi “Ayntraxt”a keçib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər