“Neftçi” 3-cü transferini açıqladı
21.01.2022 - 20:42
“Neftçi” 3-cü transferini açıqladı

“Neftçi” daha bir transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu cinah yarımmüdafiəçisi Gilyerme Patonun keçidini rəsmiləşdirib.

20 yaşlı braziliyalı ilə 2,5 illik müqavilə imzalanıb. Son klubu “İnternasional” olan cənubi amerikalı azad agent kimi “ağ-qaralar”a qoşulub. Pato yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” bunadək Azər Salahlı və Eddi İsrafilovu transfer edib.