"Neftçi" Anatoli Banişevskinin qəbrini ziyarət etdi
23.02.2020 - 18:28
"Neftçi" Anatoli Banişevskinin qəbrini ziyarət etdi

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 74 il ötür. 

Apasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq "Neftçi”in Müşahidə Şurasının üzvü Səməd Qurbanov, idman direktoru Ceyhun Sultanov, əsas komandanın məşqçi və futbolçu heyəti, U-13 komandasının üzvləri, eləcə də AFFA nümayəndələri və veteran futbolçular Anatoli Banişevskinin qəbrini ziyarət ediblər. 

Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzar önünə gül qoyublar. 

Allah rəhmət eləsin!