“Neftçi” Mbodju göndərir
17.03.2020 - 10:50
“Neftçi” Mbodju göndərir

Bakının “Neftçi” klubu mövsümün sonunda bir neçə futbolçu ilə yollarını ayıracaq. 

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın göndərmək istədiyi futbolçular siyahısında həm yerli, həm də legioner futbolçular var.

Yay fasiləsində Bakı klubunu tərk edə biləcək oyunçulardan biri Mamadu Mbodjdur. Litvanın “Jalgiris” klubundan komandaya dəvət edilən seneqallı müdafiəçi ümidləri doğrultmayıb. Bu səbəbdən də “Neftçi” 27 yaşlı afrikalı ilə yollarını ayırmağı planlaşdırır. 

Bir müddət əvvəl Kiprin AEL klubunun maraq dairəsinə düşən Mamadunun komandadan göndərilməsi hələ qışda gündəmdə idi. Lakin həmin vaxt klub rəhbərliyi son anda müdafiəçini heyətdə saxlamağa qərar vermişdi.

Qeyd edək ki, Mbodj vaxtilə Seneqalın U-23 yığmasının formasını geyinib.