AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XII turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri xoşagəlməz hadisələrə hüquqi qiymət veriblər.
“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. Qonaq komanda stadiona gec gəldiyi üçün 800 manat cərimələnib.
“Sabah” – “Keşlə” matçında 7 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə ödəyəcək. “Qarabağ”la ev qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” də eyni məbləğdə cərimə olunub.
“Sumqayıt” – “Zirə” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığından paytaxt təmsilçisi 800 manat ziyana düşüb.