"Neftçi" daha bir futbolçusunu yola saldı
21.01.2022 - 19:58
"Neftçi" daha bir futbolçusunu yola saldı

“Neftçi” yarımmüdafiəçisi Harramiz Soareslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, San-Tome və Prinsipidən olan futbolçu ilə yollar ayrılıb. 

2021-ci ilin ilin yayında “Neftçi”yə transfer olunmuş Harramiz 11 rəsmi oyunda ağ-qara formanı geyinib.

Qeyd edək ki, "Neftçi" daha öncə Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa) və Sabir Buqrinlə ("Esperans", Tunis) də vidalaşıb.