“Neftçi” göndərdi - Sillanı
27.01.2020 - 17:52
Bakının “Neftçi” klubu baxışda olan futbolçu Nabi Silla ilə bağlı qərar verib.
Apasport.az saytının məlumatına görə, bu, 21 yaşlı qvineyalı hücumçu paytaxt təmsilçisinə lazım olmayıb.
2019-cu ilin noyabrından “ağ-qaralar”ın düşərgəsində olan afrikalı futbolçu məşqçilər tərəfindən bəyənilməyib. Bu səbəbdən də o geri qaytarılıb.
Qeyd edək ki, “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib, Həmçinin Qvineyanın U-17, U-20, U-23 milli komandasının formasını geyinib.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0