“Yəqin ki, “Neftçi”də dəyişikliyin vaxtı çatmışdı. Ona görə də rəhbərlik baş məşqçini istefaya göndərdi. Artıq uzun müddətdir ki, komanda heç nə qazanmayıb”.
Bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Aleksandr Çertoqanov deyib.
“Neftçi” rəhbərliyi bir neçə gün əvvəl uğursuz çıxışa görə Roberto Bordini baş məşqçi postundan uzaqlaşdırıb. Çertoqanov bildirib ki, italiyalı mütəxəssislə yolların ayrılacağını gözləmirmiş: “Hər şeyin öz zamanı var. Bəlkə də Bordini daha tez göndərmək olardı. Sadəcə görünür ki, rəhbərlik bu qərarı elə-belə verməyib, nəyəsə əsaslanıb veriblər. Əslində, italiyalı məşqçinin göndərilməsi gözlənilməz oldu. Yəqin ki, toplanış zamanı nəsə baş verib”.
Dörd mövsüm “ağ-qaralar”ın şərəfini qorumuş ukraynalı Füzuli Məmmədovun “Neftçi”nin baş məşqçi postuna gətirilməsini müsbət amil kimi dəyərləndirib: “Onunla münasibətimiz var, tanışıq. O, çox çalışqan insandır. Məncə, Füzuliyə şans verməkdə düzgün addım atıblar. Amma istənilən halda “Neftçi” heyət cəhətdən güclənməlidir. Çempionluq mübarizəsi üçün komandaya transferlər lazımdır”.
Qeyd edək ki, milli komandamızda da çıxış etmiş Çertoqanov ölkəmizdə “Bakı”, “Neftçi”, “Simurq”, “İnter”(indiki “Keşlə”), “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı