Yanvarın 26-da Türkiyə toplanışını başa vuraraq, Vətənə qayıdan “Sumqayıt” iki günlük istirahətin ardından “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.
Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri bu gün “Kapital Bank Arena”da məşqə çıxıblar. Şəhriyar Əliyev və Vüqar Mustafayev zədə səbəbindən məşqdə iştirak etməyiblər.
Məşqin ilk 30 dəqiqəsində fitness zalında fiziki gücün artırılması yönündə hazırlıqlar olub. Daha sonra isə meydançada müxtəlif toplu çalışmalar həyata keçirilib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması fevralın 1-də saat 17:30-da “Bakcell Arena”da keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı