“Qarabağ”ın heyətində ilk oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın hücumçusu Kvabena Ovusu deyib.
Qış transfer dönəmində Azərbaycan klubuna transfer olunan Qana millisinin üzvü Premyer Liqanın XVI turunda “Neftçi” ilə keçirilən qarşılaşmada debüt edib.
“kickgh.com”a təəssüratlarını bölüşən 22 yaşlı forvard 0:0 hesabından məmnun qalmadığını söyləyib: “Heç-heçəyə baxmayaraq, azarkeşlər bizi sona qədər dəstəklədilər. Bu da məni heyrətləndirdi. Düzdür, bu, istədiyimiz nəticə deyildi. Ancaq bundan sonra ən yaxşısına ümid edirik. Bundan sonrakı matçlarda azarkeşlərimizə qələbə sevinci bəxş edəcəyimizə söz verirəm”.
Qeyd edək ki, “Leqanes”dən transfer edilən Kvabena Ovusu “Qarabağ”la 3,5 illik müqavilə bağlayıb.