“Keçdiyimiz məşqlər bizdə özünəinamı artırdı. Bu tempi oyuna da daşıya bilirik”.
Apasport.az saytının məlumatına görə, bunu HİK-in müdafiəçisi Miro Tenho Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.
Klubun rəsmi saytına açıqlama verən 26 yaşlı futbolçu Bakıda 2:2 hesabı ilə başa çatan ilk görüşü üstün keçirdiklərini vurğulayıb: “Neftçi”nin çox yaxşı futbolçuları var. Hücumda uğurlu kombinasiyalar qurmağı bacarırlar. Əgər bu komandaya meydanda boş sahə verilsə, bundan mütləq yararlanar. Bakıda oyunboyu üstün tərəf biz idik. Hücumlarımızla onların müdafiə xəttinə çətin anlar yaşatmağı bacardıq. Hər birimizin eyni hədəfi var və onu reallaşdırmağa çalışırıq”.
Finlandiyalı mərkəz müdafiəçisi Azərbaycan çempionu ilə qarşılaşma öncəsi azarkeşlərə də müraciət edib: “Rəqibi bu dəfə öz meydanımızda qəbul edəcəyik. Evdəki izdiham bizə əlavə motivasiya verir və rəqib komandanı əsəbləşdirir. Ümid edirəm ki, yenə stadiona çox azarkeş gələr və gələcəkdə hər kəsin xatirəsində qalacaq bir oyun olacaq”.
Qeyd edək ki, avqustun 12-də “Bolt Arena”da keçiriləcək HİK - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı