“Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi komandasını dəyişməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, milliləşdirilmiş futbolçu Premyer Liqada başqa klubun maraq dairəsinə düşüb.
Yığmamızın İran əsilli oyunçusu artıq qış fasiləsində “Neftçi”nin formasını geyinə bilər. Mərkəz müdafiəçisi Mamadu Mbodjun çıxışından məmnun qalmayan “ağ-qaralar” arxa xətti məhz Höccətlə gücləndirmək niyyətindədir. Paytaxt təmsilçisi yanvarda 28 yaşlı oyunçunu heyətinə qatmağa çalışacaq. Bu baş verməsə belə, transferin reallaşması mövsümün sonuna qalacaq.
Höccət Haqverdinin “Sumqayıt”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olduğundan, “Neftçi” transferi həyata keçirmək üçün qarşı tərəfə təzminat ödəməli olacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər