“Neftçi” israilli futbolçunu istəyir
28.01.2020 - 16:31
“Neftçi” israilli futbolçunu istəyir

Bakının “Neftçi” klubu “Sumqayıt”ın futbolçusu Əmir Ağayevi heyətinə qatmaq istəyir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiə xəttini gücləndirmək niyyətində olan paytaxt klubu israilli legioneri yayda transfer etməyi planlaşdırır.

Buna səbəb 29 yaşlı futbolçunun müqaviləsinin olmasıdır. "Ağ-qaralar" Ə.Ağayevi mövsümün sonunda azad agent kimi heyətinə qatmağı məqsədəuyğun sayır.

Qeyd edək ki, Ə.Ağayev "Sumqayıt"a "Hapoel"(Tel-Əviv) klubundan keçib.