"Yeni komandamda atmosfer superdir. Bura gəlməzdən əvvəl mənə deyilənlərin 200 faizini gördüm".
Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu Kirill Petrov deyib.
Qış fasiləsində Bakı klubundan ayrılaraq ölkəsi Ukraynaya qayıdan müdafiəçi "Kolos"la müqavilə bağlayıb. 30 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında "Neftçi"dən ayrılmağına da aydınlıq gətirib: "Məni Azərbaycanda hər şey qane edirdi. Lakin "Neftçi" rəhbərliyi son anda mənimlə əməkdaşlığa son vermək istədi. Səbəbini bilmirəm. Müqaviləni ləğv etmək üçün qarşılıqlı razılaşdıq. "Neftçi"dən ayrıldıqdan sonra təkliflərim oldu. Ancaq "Kolos"un baş məşqçisi ilə söhbətləşdikdən sonra evə qayıtmaq qərarına gəldim. Bu üzdən digər variantlardan imtina etdim. Dönüşümün iki səbəbi var idi. Birincisi, ev amili idi. İkincisi, burada çoxdan tanıdığım, vicdanlı və məni aldatmayacaq insanlar olduğu üçün. Vaxtilə birlikdə oynadığım insanla işləməkdə maraqlı idim".
Qeyd edək ki, Kirill Petrov "Neftçi"yə 2017-ci ilin yanvarında Donetsk "Olimpik"indən keçmişdi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı