“Neftçi” növbəti transferini həyata keçirib.
Apasport.az klubun saytına istinadən xəbər ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb.
28 yaşlı hücumameylli yarımmüdafiəçi komandanın heyətində 7 nömrəli formanı geyinəcək.
Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Superkubokunu qazanıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər – Romen Bask, Huqo Basto və hücumçular – Ramon Maçado, Tiaqo Bezerranı transfer edib.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi