"Neftçi" üçün vacib olan...” - Daniel Seqoviya
30.12.2019 - 13:48
"Neftçi" üçün vacib olan...” - Daniel Seqoviya

"Mən "Neftçi"ni yenə izləyirəm, onların çıxışını diqqətdə saxlayıram. İspaniyada oynamağıma baxmayaraq, bu, doğurdan belədir. "Neftçi" mənim üçün hər zaman dəyərlidir". 

Bunu apasport.az saytına ispaniyalı forvard Daniel Seqoviya deyib. 

"Neftçi"nin sabiq hücumçusu, hazırda ölkəsində “Badahos"da oynayan təcrübəli futbolçu Azərbaycanı xatırlayıb. O, "ağ-qaralar"ın son illərdə çempion ola bilməməsini "Qarabağ"ın heyətini qoruması ilə əlaqələndirib: "Məncə, "Neftçi" üçün vacib olan avrokuboklara vəsiqə qazanıb, orada uğurlu nəticə qazanmaqdır. Çempionluq mübarizəsinə gəlincə, "Qarabağ" həqiqətən də güclü komandadır. Bilirsiz, "Qarabağ" hər mövsüm komandanın 80 faizini saxlayır, 20 faizini dəyişir. O da ki, əgər ehtiyac varsa edir. Yəni "Qarabağ" buna görə də stabilliyi saxlaya bilir".

Seqoviya Azərbaycan yığmasının üzvü, İspaniya Sequndasında mübarizə aparan "Albasete"nin futbolçusu Eddi İsrafilov haqda da danışıb. "Neftçi"nin eks forvardı milliləşən yarımmüdafiəçi barədə xoş sözlər deyib: "Əlbəttə ki, Eddini tanıyıram. Fikrimcə, o, çox yaxşı futbolçudur və "Albasete"in ən yaxşı oyunçulardandır. Bu komandanın kapitanı dostum və keçmiş komanda yoldaşımdır. Onunla da söhbət edirəm. O da bu fikirdədir”. 

Sabiq “Neftçi”li İspaniya klublarının azərbaycanlı futbolçuların transferində maraqlı olmamasına da aydınlıq gətirib: “Çünki klublarımız azərbaycanlı oyunçuları tanımır. Amma mən "Neftçi"də çıxış etdiyin vaxtı gördüm ki, yaxşı azərbaycanlı futbolçular çoxdur".

Qeyd edək ki, 34 yaşlı hücumçu ölkəmizi tərk etdikdən sonra "Benqaluru", "Rasinq"(Santander) klublarında oynadıqdan sonra 2019-cu ildə "Badahos"a keçib.
 

0
Daniel Seqoviya Badahos Neftçi