“Neftçi” və “Qarabağ”da itki
14.03.2022 - 10:12
Premyer Liqanın XIX turunun başa çatan üç oyunu iki futbolçunun cəzalanması ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, itki ilə “Neftçi” və “Qarabağ” üzləşib.
Ağdam klubu Bəhlul Mustafazadənin, Bakı təmsilçisi Mert Çelikin xidmətindən məhrum olub. Hər iki oyunçu cəzalı duruma düşüb.
Bəhlul mövsümdə 4-cü, Mert isə 8-ci dəfə xəbərdarlıq alıb. Sonuncu “Qəbələ”, “Qarabağ”ın müdafiəçisi isə “Zirə” ilə görüşü buraxacaq.
0
0